Xalq artisti Brilliant Dadaşova müğənnilər Təranə Qumralla Musa Musayevin qızı Sevgimcanın ifasına reaksiya verib.
OLAY yazır ki, sənətçi instaqramda ifasını paylaşan Sevgimcana şərh yazıb.
“Qızım ərə getməyə tələsmə. Bu səsi-Azərbaycan gözəlliyini dünya səhnələrinə bəyan et. Belə ciddi musiqilər ifa et.Öz səviyyəndə olmayan musiqiləri oxuma”, - deyə, Dadaşova bildirib.
Sevgimcan isə Xalq artistinə “Baş üstə, dəyərli sənətkarımız Brilliant xanım” cavabını verib.