Xalq artisti Aygün Kazımova və müğənni Nəsimi Məmmədov sosial şəbəkələrdə viral olan “Məsafələr” adlı duetlərini klip şəklində dinləyicilərin ixtiyarına veriblər.
OLAY yazır ki, mahnının söz və musiqisi Fərid Kərimliyə aiddir. Ekran işinin rejissor işi Emin Muradova həvalə edilib.
Sevgi balladasında 2 aşiqin hissləri əks olunub. Estrada ulduzu Aygün Kazımova və müğənni Nəsimi Məmmədov klip üçün Şamaxıya üz tutublar.
Qeyd edək ki, ifaçılar mahnını Yeni il günü məkanlardan birində oxuyub. Bəstənin həmin görüntüləri sosial şəbəkədə yayılıb və viral olub.
Mahnı artıq bütün musiqi platformalarında yayımdadır.