Xalq artisti Emin Ağalarov mərhum nənəsi Əminə Ağlarova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Emin nənəsinin ölüm günü olduğunu bildirib:
“Mənim nənəm Əminə 2015-ci ilin 6 yanvarında vəfat etdi, yüz yaşına çatmağa az qalmışdı. Nur saçan, müdrik, daxili gücə sahib və heyrətamiz yumor hissi olan bir insan idi. Onun xatirəsini çox dəyərli tuturam”.