Xalq artisti Emin Ağalarov yeni duetini təqdim edib.
OLAY yazır ki,o həmkarı Ani Lorakla birgə rus dilində "Budet zdorovo" (Möhtəşəm olacaq) mahnısını ifa edib.
Sənətçi bu barədə instaqram səhifəsində paylaşım edərək bu sözləri yazıb:
“Səkkiz ildən sonra yenə duet ortağı olduq. Bu mahnı dostluqdan və sevgidən bəhs edir. Nə olursa olsun, unutmayın: hər şey əla olacaq”.
"Budet zdorovo" bütün rəqəmsal platformalarda yerləşdirilib.