Əməkdar artist Gülzar Qurbanovaya ağır itki üz verib.

OLAY yazır ki, sənətçinin anası dünyasını dəyişib.

Bu barədə o, özü məlumat yayıb:

“Mənə görə ananı ancaq uca Allahla müqayisə etmək olar. Mənim üçün hər ikisi də müqəddəsdir. Anam mənim ilk sığınacağım,  sevgim, ən saf duam idi. İnsan böyüyür, dəyişir, dünyanı tanıyır, amma qəlbinin ən dərin yerində həmişə bir sığınacaq qalır - ana. 4 gündür canımdan can ayrılıb. 4 gündür səni axtarıram, ana. Ev boş, hər küncü xatirələrlə dolu. Uca Allah bu dünyadan köçən bütün analara rəhmət eləsin.  Anası həyatda olanlar isə bu nemətin qədrini bilsinlər. Ana ilə keçən hər an bir hədiyyədir, ən böyük xoşbəxtliklərdəndir”.

Əməkdar artistə ağır itki