Əməkdar artist Coşqun Rəhimovun telefon nömrəsinin 30 min olduğu üzə çıxıb.
OLAY yazır ki, bu barədə “Efirdən kənar” verilişində aparıcı İdris Cəfərli məlumat verib:
“Telefon nömrəniz xüsusi bir rəqəmlərdən ibarətdir və Azərbaycanda satılmır. Satılanda isə fantastik qiymətdir. Hazırda qiyməti 25-30 min manatdır. Maşın nömrəniz xüsusidir”.
Aktyor isə aparıcının fikirlərini təsdiqləyərək bunları söyləyib:
“Bunlar hədiyyə və təsadüfdür. Buna köklənməmişəm. Hobbi sonradan xəstəliyə çevrilir. Olmayanda, insan başlayır aqresiv olmağa. Hansısa yaş dövrünə kimi hobbim olub”.