Müğənni Elvin Abdullayev uzun müddətdir evində saxladığı pişiyinin öldüyünü bildirib.

OLAY yazır ki, sənətçi Jade adı verdiyi ev heyvanını qısırlaştırmaq üçün klinikaya aparıb. Elvinin iddiasına görə, pişiyinə virus salınıb.

O bildirib ki, həmin prosesdən sonra pişik özünü pis hiss edib və 1 gün içində ölüb:

“Məni yandıran bu məsuliyyətsizlikdir. Hərə əlinə beş-on manat düşən kimi zoomağaza və ya klinika açır. Axırda da nəticə belə olur”.

Həkim səhvinə görə pişiyi öldü Həkim səhvinə görə pişiyi öldü