Dünyaca məşhur müğənni və iş xanımı Rihanna alt paltarı markası üçün hazırladığı yeni reklam kampaniyasında diqqətçəkən bir simanı kamera qarşısına çıxarıb.
OLAY yazır ki, Elon Maskın trans qızı Vivian Uilson kampaniyada yer alıb. Rihannanın markası tərəfindən təqdim olunan son kolleksiyanın tanıtımında onun iştirak etməsi moda dünyasında geniş əks-səda doğurub.
Qeyd edək ki, 2022-ci ildə trans kimliyini açıqlayan Vivian Uilsonun daha sonra ailəsi ilə əlaqələrini kəsdiyi və atasının soyadı olan Mask soyadından imtina etdiyi məlumdur.