Müğənni Elnur Məmmədov yaradıcılığına yeni mahnı əlavə edib.
OLAY yazır ki, sənətçinin təqdim etdiyi yeni mahnı “Sevmədim səndən başqa” adlanır.
Lirik ab-havası və duyğusal melodiyası ilə seçilən mahnının sözləri və musiqisi Əli Əliyevə, aranjemanı isə Rasim Əsgərova məxsusdur.
Elnur Məmmədovun yeni layihəsi onun repertuarına fərqli rəng qatmaqla yanaşı, müğənninin dəsti-xəttini də qoruyub saxlayır.
“Sevmədim səndən başqa” artıq müğənninin "youtube" kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımdadır.