Hollivud ulduzu Elizabet Olsen “Jimmy Kimmel Live” verilişində qonaq olub.
OLAY yazır ki, o verilişin çərşənbə axşamı yayımlanan seriyasında qonaq olub və həmin buraxılışda Los-Anceles “Dodgers” komandasının oyunçuları da iştirak ediblər.
Aktrisa efirə “Dodgers” loqolu köynək və mavi gödəkçə ilə çıxaraq komandanın azarkeşi olduğunu nümayiş etdirib.