Aktyor Əlibəy Məmmədlinin açıqlaması müzakirə yaradıb.
OLAY yazır ki, “Rəngarəng”də qonaq olan Əlibəy qadınlarla bağlı qalmaqallı açıqlamalar verib:
“Yaş fərqi olmalıdır, 5 yaş olmalıdır. Çünki qadın torpaqdır, adam toxumdur. Bəzən torpaq qadın təzahür edəndə, onun arzu-istəkləri adamı boğa bilər. Ona görə də, yaş fərqi olmalıdır. Döymək dəbdən düşüb. Qadınların bir kəlməsi adamların əsəbini oynada bilir. Orada psixoloji-ruhani məqam var. Qadınlar söz aləminin dərinliyini bilmirlər, sadəcə işlədirlər. Gözləyirlər ki, sən hansı sözə reaksiya verəcəksən? Sən əsəbiləşirsən, coşursan, evi dağıdırsan. Ondan sonra deyirlər ki, “mən nə dedim ki?”. Son yüz ildə qadınlar daha həvəslidir, ofis işlərində daha aktivdilər, tezdən oyanıb gedirlər. Həm də qadın adama rəqib kimi baxa bildi, adam isə yox. Biz qadına rəqib kimi baxa bilmirik, zərif-incə məxluq, ana-bacı kimi baxırıq. Ona görə də qadınların çənəsi həmişə bizim qulaqlarımızda cingildəyir”.