Müğənni Selena Qomez onun səhhəti barədə narahat olan izləyicilərinin suallarına cavab verib.

OLAY yazır ki, müğənni şəxsi bloqunda səsindəki dəyişikliklərdən danışaraq bunun səbəbinin elektron siqaret istifadəsi olduğunu bildirib.

Sənətçinin etirafına görə, bu zərərli vərdişdən imtina etmək onun üçün olduqca çətin olub. O, yenidən bu vərdişə qayıtmayacağına ümid etdiyini bildirib və özü kimi asılılıqla mübarizə aparan hər kəsə dəstək olub.

“Əvvəlki səsimi geri qaytara bilməyəcəyəm. Çox veyp çəkirdim və sadəcə hər kəsin bunu bilməsini istəyirəm: bu vərdişdən imtina etmək inanılmaz dərəcədə çətindir. Sadəcə demək istəyirdim ki, əgər veyp çəkməyə yeni başlayırsınızsa, bilin ki, buna dəyməz. Səsimin buna görə dəyişməsi çox axmaq bir şeydir”.

“Elektron siqaret səsimi dəyişdi”