Aktyor Elcan Rəsulov Dubayda qalıb.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb, Elcan deyib ki, uçuşa icazə verilmədiyi üçün Bakıya gələ bilmir. Aktyor qeyd edib ki, hotellərdəki qiymətlər daha da artıb:
“Bəzi saytlar yazıblar ki, Birləşmiş Ərəb Əmirlikləri ölkəsinə qayıda bilməyən turistlərin xərcini öz üzərinə götürüb. Şərhdə də hamı tərifləyir. Amma belə şey yoxdur. Bu gün mənim vaxtım bitdi, yaxınlaşdım ki, biletim var, getməliyəm, gedə bilmirəm, burada pulsuz qalacağam? Dedi, yox. Otağın müddətini uzatmaq barədə soruşdum, 100 dollar olan otaq 200 dollar olub, 200 dollara olan 400 dollar olub. Qiymətlər ikiqat qalxıb. AZAL yazdı ki, uçuş ləğv olundu, nə vaxt baş tutacağı barədə məlumat verilməyib. Ara-sıra səslər gəlir. Dünən də bizi yığıb təlimat verdilər”.