Türk aktrisa Hülya Avşar ekranlara qayıdacağının müjdəsini verib.
OLAY yazır ki, yeni layihədə rol ala biləcəyini bu sözlərlə açıqlayıb:
“Aktrisalıq üçün çox darıxmışam. Serial biraz sərbəstliyimi azaldır, amma hekayəsi çox yaxşıdır. Böyük ehtimalla razılaşma olacaq. Məncə hazırda Türkiyədə çox yaxşı seriallar və aktyor-aktrisalar var”.