Müğənni Aşher Neşvildə keçirilən konserti zamanı səhnəyə dəvət etdiyi pərəstişkarının özünü narahat hiss etməsindən sonra çıxışını yarımçıq dayandırıb.

OLAY yazır ki, konsertin ortalarında “R&B” ifaçısı “Can U Handle It?” mahnısını səsləndirərkən pərəstişkarlarından birini səhnəyə dəvət edib.

Aşher klipdə romantik səhnə çəkirmiş kimi davranıb: köynəksiz halda çarpayının yanında diz çökərək pərəstişkarı ilə ehtiraslı şəkildə qarşılıqlı ünsiyyət qurmağa çalışıb. Əvvəlcə gənc qadın bu səhnəyə uyğunlaşmağa çalışsa da, baş verənlər getdikcə daha narahat görünməyə başlayıb.

Aşer qızın narahatlığını görməzlikdən gəlməyib və çıxışı dayandırıb. “Düşünmürəm ki, o, səhnədə qalmaq istəyir” deyə müğənni gülümsəyərək bildirib və əl işarəsi ilə pərəstişkarına səhnəni tərk etməsini göstərib.

Ehtiraslı olmadığı üçün fanatını qovdu Ehtiraslı olmadığı üçün fanatını qovdu