Samira Efendi dinləyicilərə “Şərq-Qərb” adlı yeni mahnısını təqdim edir.

OLAY yazır ki, layihə bu dəfə xüsusi vizual video ilə birlikdə yayımlanacaq.

“Şərq-Qərb” daxili ziddiyyətlər, zamanın dəyişməsi və insanın öz hissləri ilə mübarizəsi haqqındadır. Mahnının sözlərində zamanın keçməsi, qəlbdə qalan yaralar və insanın sonda həyatla barışması kimi motivlər ön plana çıxarılıb. Əsərin əsas ideyası “Mən şərqəm, asılı qərbə” misrası isə həm sevginin gücünü, həm də iki fərqli dünya arasında qalan hissləri simvolik şəkildə ifadə edir.

Mahnının sözləri Rafael Şabanov, Asoundady tərəfindən yazılıb, musiqisi isə İrada Babayeva-Mikayılova imzasını daşıyır. Layihədə emosional mətn və milli alətlər birləşərək dinləyiciyə həm hiss, həm də dinamika təqdim edir.

Yeni mahnı və vizual video bu gündən etibarən təqdim olunur.

Efendinin yeni seçimi: Şərq, yoxsa Qərb?