Məşhur türk ifaçı Edis növbəti dəfə Bakıya gəlir.

OLAY yazır ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edib. Ötən il “Crystall Hall”da 9 min nəfərin qarşısına çıxan pop ulduz bu il iki gün konsert verəcək. Sənətçinin gecəsi Bakı Konqress Mərkəzində 25-26 oktyabr tarixlərində baş tutacaq.

Edis hitləri, rəqqasları və canlı musiqiləri ilə sevənlərinin qarşısına çıxacaq. O, Bakıda media nümayəndələri ilə də görüşəcək.

Edisdən Bakı paylaşımı Edisdən Bakı paylaşımı Edisdən Bakı paylaşımı Edisdən Bakı paylaşımı