Türk müğənni Ece Seçkinin ilk övladını gözlədiyi iddia edilib.
OLAY yazır ki, 2022-ci ildə pilot Çağrı Terlemezlə evlənən məşhur sənətçinin 3,5 aylıq hamilə olduğu, həkim məsləhəti ilə bir müddət təyyarə ilə səyahət etməyəcəyi və konsertlərinə quru yolu ilə davam edəcəyi irəli sürülüb. Bu da öz növbəsində hamiləlik dedi-qodularını yaradıb.
Lakin, cütlük tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.