Xalq artisti Röya Ayxan sevilən mahnılarından olan “Düşürsən Tez-Tez Yada”nı bu dəfə akustik tərzdə dinləyicilərə təqdim edib.
OLAY yazır ki, yeni layihə sənətçinin fərqli ifa üslubunu və canlı performans gücünü bir daha nümayiş etdirib.
Mahnının musiqisi Faiq Sücəddinova, sözləri isə Arzu Yahyayevaya məxsusdur.
Layihənin orkestr rəhbəri tanınmış türk musiqiçi Sezgin Tellaoğlu olub. Türkiyədə lentə alınan ekran işinin rejissoru isə Kemal Başbuğdur.
Akustik versiya qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.