Müğənni Lətifə yeni musiqi layihəsini – “Sən mənim Penguenimsin” adlı klipini təqdim edib.
OLAY yazır ki, layihə artıq rəsmi olaraq yuyubda yayımlanıb.
Bu layihənin əsas mövzusu pinqvin haqqında deyil. Klipdə pinqvin obrazı sevgi, sədaqət, qayğı və ruhların bir-birini tapmasının simvolu kimi təqdim olunub. Layihə insanın həyatında onu anlayan, ən soyuq və çətin anlarda belə yanında olan bir ruh haqqında metaforik bir hekayədir. “Sən mənim Penguenimsin” məhz bu duyğunu – qoruyan sevgini və səmimi bağlılığı ifadə edir.
Klip beynəlxalq yaradıcı əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Layihə üzərində üç ölkədən – Amerika, Qazaxıstan və Türkiyədən olan peşəkar komanda çalışıb. Müxtəlif ölkələrdən dəvət olunan qrafika ustaları, kostyum dizaynerləri və peşəkar qrim ustaları layihənin vizual dünyasını formalaşdırıblar.
Klipin rejissoru İlona, musiqi direktoru Günel Sərdarkızıdır.
Klip üzərində həmçinin dirijor və geniş yaradıcı heyət çalışıb.
Latifa qeyd edib ki, bu layihə sadəcə bir klip deyil, insan ruhunun istiliyi və sevgisinin gücü haqqında poetik bir hekayədir.
Klipin hazırlanması zamanı heç bir heyvana zərər verilməyib. Layihədə istifadə olunan bütün heyvan obrazları və vizual elementlər müasir texnologiyalar və qrafika vasitəsilə yaradılıb.
“Sən mənim Penguenimsin”in müəllifi Güneldir.