Dünyaca məşhur ulduzlar Nyu-Yorkda bir araya gəlib.
OLAY yazır ki, Heyli Biber, Ben Stiller, Billi Ayliş, Adam Skott, Corc Lukas, Brit Lauer, Karli Klos, Britni Snou və başqa tanınmış simalar “WSJ Magazine 2025 İnnovator Mükafatları” mərasimində iştirak ediblər.
Sənət, kino, moda və musiqi dünyasından bir çox şəxsin mükafat aldığı gecədə Heyli Biber “Gözəllik İnnovatoru” mükafatına layiq görülüb.