Ötən gün Nyu-Yorkda “Elle women in Hollywood” tədbiri baş tutub.
OLAY yazır ki, hər il təşkil olunan tədbirdə bu il də qadınların gücü, istedadı, xüsusilə kino mühitində qadın rolunun təsiri vurğulanıb.
Gecədə Cennifer Eniston, Cessika Alba, Teyana Taylor, Dueyn Conson və başqa bir çox məşhur ulduz iştirak edib.
Onların tədbir zamanı çəkilmiş fotoları qısa zamanda sosial şəbəkələrdə viral olub.