Müğənni Dua Lipa “Samsung” şirkətini məhkəməyə verərək 15 milyon dollar təzminat tələb edib.

OLAY yazır ki, şirkət onun fotosundan icazəsiz şəkildə televizorların reklamında istifadə edib.

Sənətçinin şəkli birbaşa texnikanın qablaşdırılmasında yerləşdirilib. Müğənninin iddiasına görə, onun brendlə heç bir razılaşması olmayıb. Hətta nümayəndələrinin şəkilin yığışdırılmasını tələb etdiyi, lakin şirkətin bu müraciəti nəzərə almadığı bildirilir.

Dua Lipa “Samsung”u məhkəməyə verdi!