Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
OLAY yazır ki, bu barədə AZƏRTAC Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.
***
Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərovun sözlərinə görə, dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib.
“2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.