Müğənni Vüqar Muradov Dövlət Gömrük Komitəsindən şikayətlənib.
OLAY yazır ki, bu barədə sənətçi feysbukda status yazıb. V. Murad bildirib ki, xaricdən sifariş verdiyi paltarlar gömrükdə qalıb:
“20 gündən çoxdur ki, paltarlarım gömrükdə ilişib qalıb, nədir problem, deyin bilək? Dövlət Gömrük Komitəsi, mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz nahaq yerə əziyyət çəkməyin, paltarlarımı verin”.