Türkiyə gündəmini “Kars36” futbol klubunun oyunçusu Kubilay Kaan Kundakçının qətli zəbt edib.

OLAY yazır ki, iddiaya görə əslində cinayətkarların hədəfi reper Canbay olub.

Belə ki, keçmiş sevgilisi Aleyna Kalayıcıoğlu ilə barışmaq istəyən Canbay Kubilayla birgə onun yanına gedib, silahlı insident zamanı futbolçu vurulub.

Kundakçının ailəsinin sözlərinə görə, oğullarını Aleynanın yeni sevgilisi vurub.

Aleynanın anası isə “Qızım Canbaydan üç dəfə ayrıldı, qızımı təhdid edirdi, bir dəfə başı ilə vurdu. Hadisə günü Aleyna Dudulludakı studiyasında idi. Sonra dostu ilə çıxıb. Canbayla Kubilay ora gəlib. Aleyna itini götürmək üçün qayıdanda insident baş verib. Kubilay üçün məyus oldum”, - deyə, bildirib.

Ailə qatil tərəfindən təhdid edildiyi mesajları paylaşıb.

Sözügedən şəxsin daha öncə Sibel Canın qızı Melisa və Hülya Avşarın qızı Zehra Çilingiroğlu ilə eşq yaşayan iş adamı Alaattin Kadayıfçıoğlu olduğu iddia edilib.

Aleyna hazırda polis tərəfindən saxlanılıb.

Dostunu keçmiş sevgilisi ilə barışdırmaq istəyən futbolçu ö*ldürüldü - Detallar Dostunu keçmiş sevgilisi ilə barışdırmaq istəyən futbolçu ö*ldürüldü - Detallar Dostunu keçmiş sevgilisi ilə barışdırmaq istəyən futbolçu ö*ldürüldü - Detallar