Rusiyanın Xalq artisti Larisa Dolina Xamovnikidəki mənzilinin satışı ətrafında yaranmış qalmaqaldan sonra yeni mənzili barədə danışıb.

OLAY yazır ki, müğənni həmin hadisənin təfərrüatlarına qayıtmaq istəmədiyini və bu mövzunu artıq bağlanmış hesab etdiyini bildirib.

Jurnalistlər Dolinadan hazırda yaşadığı ev barədə soruşublar. Sənətçi yeni mənzilindən və orada aparılan təmirdən tam razı qaldığını etiraf edib.

Larisa Dolinanın sözlərinə görə, yeni mənzili onun üçün dostları alıblar. “Hazırda əvvəlkindən qat-qat yaxşı mənzilim var. Onu mən almamışam, dostlarım mənim üçün alıblar” deyə, müğənninin etiraf edib.

Dostları yığışıb ona ev aldı