Xalq artisti Aygün Kazımova yaradıcılığının 40 ilinin qeyd etməsindən danışıb.
OLAY yazır ki, pop ulduz “Afaqla 10lar” verilişində layihələrindən danışıb:
“Deyirlər, 40 ili qeyd etməzlər. Mən isə elə ilin əvvəlindən qeyd edirəm. Doğum günüm də, sənətim də şou-biznesə qurban olsun. Fikirlərimlə özümü atmışam qurban kimi gözəl ideyalara. Bu, mənim həyatımdır. Yaradıcı insan kimi fəaliyyət göstərməli, gözəl ab-havada olmalıyam. İstiqaməti dəyişmədən davam etməyə çalışıram”.