“Kızılcık Şerbeti” serialında Fatih obraz canlandıran Doğukan Güngör azadlığa buraxılıb.

OLAY yazır ki, narkotik istintaqı çərçivəsində bazar günü  saat 03:00 radələrində evinə edilən basqınla saxlanılan Güngör bu səhər ifadə vermək üçün Çağlayan Ədliyyəsinə gətirilib.

Səhər saat 09:00-da Çağlayana gətirilən və 25 nəfərlə birlikdə ifadəsi alınan aktyor sərbəst buraxılıb.

Doğukan Güngör sərbəst buraxıldı