“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
OLAY yazır ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.
F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib:
“Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.