Əməkdar artist Dilarə Əliyeva Norveçdə Zəfər Günü ilə bağlı tədbirdə çıxış edib.
OLAY yazır ki, aktrisa Osloya xüsusi qonaq kimi dəvət olunub. D. Əliyeva tədbirlə bağlı təəssüratlarını instaqramda bölüşüb:
“Bir neçə gündür Oslodayam. Gəlişimin səbəbi isə tarixi bayramımız Zəfər Günü ilə bağlı buradakı həmvətənlərimizdən təklif almağım idi. Ötən gün onlarla görüşdük. Bizi qürurlandıran məqamlardan, azərbaycanlı olmağın verdiyi şərəfdən, qəhrəman şəhidlərimiz və dövlətimizin uğurlu siyasəti nəticəsində başıdik gəzməyimizdən, Prezidentimizin dünya miqyasında müzakirə olunan fəxredici çıxışlarından və daha nələrdən danışdıq. Soyuq Norveçdə mənə isti qucağını açan başda Arzu xanım olmaqla, hər kəsə təşəkkürümü bildirirəm. Belə bir gündə məhz məni seçməyimiz, həmvətənlərimlə görüşdürməyiniz çox əvəzedilməz duyğudur. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Yaşasın, Azərbaycan”.