Həbs olunan məşhur reper Şon Diddi Kombs həbsxanadan gözlənildiyindən daha tez azadlığa çıxacaq.
OLAY yazır ki, ABŞ Federal Həbsxanalar Bürosunun rəsmi məlumatlarına əsasən, Diddinin azadlığa buraxılması 23 fevral 2028-ci il tarixinə planlaşdırılıb.
Reperin həbs müddəti artıq bir neçə dəfə azaldılıb: əvvəlcə onun azad olunması 4 iyun 2028-ci ilə təyin edilib, daha sonra bu tarix 25 aprel 2028-ci ilə dəyişdirilib.
Hazırda Diddi Nyu-Cersinin cənubunda yerləşən “Fort-Dix” həbsxanasında cəzasını çəkir.