“Diddi” təxəllüsü ilə tanınan məşhur amerikalı repçi Şon Kombs əvvəl planlaşdırılandan bir ay yarım tez həbsdən azad ediləcək.
OLAY yazır ki, hələ ki o, 4 illik həbs cəzasından apellyasiya şikayəti vermək üçün mübarizə aparır.
Eksklüziv məlumata görə, Şon Kombs-un həbsdən çıxış tarixi ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına əsasən 4 iyun 2028-ci ildən 25 aprel 2028-ci ilə dəyişdirilib.
Bu isə Kombsun noyabrda narkotik asılılığının müalicəsi üçün reabilitasiya proqramına qəbul edilməsindən sonra baş verib. Belə proqramlar bəzi hallarda həbs müddətinin qısaldılmasına səbəb ola bilər.
Qeyd edək ki, Şon Kombs 2024-cü ilin sentyabrında həbs edilib.
Ona qarşı mütəşəkkil cinayət fəaliyyəti üzrə sui-qəsd, zor tətbiq etmə, fırıldaqçılıq, insan alveri, və həmçinin fahişəlik məqsədilə şəxslərin daşınması kimi ittihamlar irəli sürülmüşdü.
Keçən ilin iyulda Kombs fahişəlik məqsədilə şəxslərin daşınması ilə bağlı iki maddə üzrə təqsirli bilinib, lakin digər ittihamlar üzrə bəraət alıb.i