Tanınmış aparıcı Tarix Əliyev Dubayda baş tutan dəbdəbəli toyla bağlı fikirlərini bölüşüb.

OLAY yazır ki, Tolik toy sahibinin deputat Razi Nurullayevin qardaşı olması ilə bağlı xəbərlərə münasibət bildirib və sözügedən şəxsin hansı sahədə çalışdığını yazıb:

“Mən də əgər söhbət məmurdan getsəydi, mövqeyimi tamam başqa cür bildirərdim. Amma burada söhbət deputatın özündən yox, onun qardaşından gedir. Qardaşı İmişlidəndir və tikinti sahəsində Piterde fəaliyyət göstərən bir tikinti maqnatıdır. Bu insan illərlə zəhmətlə işləyib, evlər tikib, evlər satıb, pul qazanıb, övladlarına toy etmesin. Bunun Azərbaycan xalqına nə aidiyyəti var ki, yazırlar guya "Azərbaycanın pullarını yeyir"? Hansı Azərbaycan pullarını yeyir? Bu adam ev tikir və bunu hamı bilir.

İnsan gedib xaricdə öz ailəsi üçün toy da edə bilməsin? Sizdən icazə almalıdır? Allah xoşbəxt eləsin.

Bəzi məsələlərdə yerli-yersiz qınamağa ehtiyac yoxdur”.

Deputatın Dubayda toy edən qardaşı bu işlə məşğul imiş