Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovun son günlərindən danışıb.
OLAY yazır ki, bu barədə RTV-də yayımlanan “Çərçivədən kənar” proqramında açıqlama verib.
“Atam ən axırda aparatlara qoşuldu, dedilər ki, söndürək aparatı, daha yaşamır. Dedim ki, yox eşidir məni. Hər gün reanimasiyada yanına gedib deyirdim ki, Mete gəlir. Metenin də pasportu yox idi, gənc ailədir, elə biliblər körpə uşaqdır, heç nəsiz gələ bilər. İsmayıl, anam gəldi, əlini sıxdı, bir saata canını tapşırdı”.
“Dedilər ki, aparatı söndürək, daha yaşamır“