Sosial media fenomeni Danla Bilic beşinci dəfə dolğu təmizləmə əməliyyatı keçirib.

OLAY yazır ki,  əməliyyatdan sonra bədənindən çıxarılan dolğu maddəsini sosial media hesabında izləyiciləri ilə paylaşan Bilic görüntülərlə izləyiciləri heyrətə gətirib.

Paylaşımında əvvəlcədən xəbərdarlıqlara baxmayaraq “Aquafilling” adlı proseduru etdirdiyini və bunun “cahil cəsarəti” olduğunu deyən Bilic belə yazıb:

“Arada hələ də “Aquafilling etdirəcəyəm, sənə görə qorxuram” mesajları gəlirdi. 5-ci əməliyyatımda bədənimdən çıxan maddə. Böyrəklərimə qədər çatmışdı, belimdə, ayaqlarımda... Daha bir şey deməyəcəyəm. Cahil cəsarətindən başqa bir şey deyildi”.

Danla 5-ci dəfə dolğu təmizləmə əməliyyatı etdirdi Danla 5-ci dəfə dolğu təmizləmə əməliyyatı etdirdi