Cennifer Lopez bir proqramın qonağı olarkən şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

OLAY yazır ki verilişdə aparıcı ondan hazırda tək olub-olmadığını soruşub. Müğənninin cavabı isə diqqət çəkib.

“Bunu daha əvvəl etməli idim. Hər şeyi səhv etmişəm, inanın mənə” deyə Cennifer Lopez bildirib və bununla yaxın zamanda Ben Affleklə boşanmasına işarə edib.

Müğənni həmçinin yeni münasibətlərə tələsmədiyini və onları xüsusi axtarmadığını vurğulayıb: “Bir gün, əgər kifayət qədər yaxşı biri olsa, onunla münasibət olacam” deyə əlavə edib.

“Daha tez boşanmalı idim”