Ceykob Elordi və Oliviya Ceyd yenidən ayrılıblar və mənbələrin bildirdiyinə görə, bu dəfə onların bir daha barışmaq planı yoxdur.

OLAY yazır ki, 28 yaşlı “Frankenstein” filminin aktyoru və 26 yaşlı influenser bir neçə illik münasibətdən sonra yayda ayrılmış, daha sonra yenidən birləşmişdilər. Hətta Oliviyanın sentyabrın əvvəlində Toronto Beynəlxalq Film Festivalında (TIFF) Elordinin “Frankenstein” filminin premyerasına qatıldığı da görülmüşdü.

Bundan bir neçə həftə sonra yayımlanan bir müsahibədə Ceykoba münasibət şayiələri barədə sual verilib. O isə beş saniyəlik sükutla suala reaksiya verməyib.

İndi isə People yazır ki, bu münasibət tamamilə bitib. “Artıq hər şey qurtarıb. Onlar bir daha barışmayacaqlar,” – mənbə nəşrə bildirib.

Maraqlıdır ki, Oliviyanın valideynləri də hazırda ayrılıq ərəfəsindədirlər — anası Lori Loflinin atası Mossimo Cianulli tərəfindən xəyanətə uğradığı iddia olunur.

Daha bir ayrılıq...