Reytinq rekordu qıran “Uzak Şehir” serialında “Şahin Albora” obrazını canlandıran türkiyəli aktyor Alper Çankayanın yeni layihəsi bəlli olub.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, aktyor “Netflix” platforması üçün çəkilən “Eve giden yol” serialının heyətinə qoşulur.

Məlumata görə, Çankaya mövsüm finalından əvvəl “Uzak Şehir” serialına vida edəcək.

Ayrılıqdan sonra aktyorun hansı layihədə yer alacağı ilə bağlı müxtəlif iddialar səslənsə də, onun son olaraq “Netflix” üçün hazırlanan və “Ay Yapım” tərəfindən istehsal olunan serialında rol alacağı dəqiqləşib.

8 bölümlük layihədə Aras Bulut İynemli və Nilperi Şahinkaya kimi tanınmış aktyorların da yer aldığı bildirilir. Alper Çankaya serialda “Şahin” adlı obrazı canlandıracaq.

Bununla aktyor daha əvvəl “Çukur” serialında birlikdə çalışdığı Aras Bulut İynemli ilə yenidən eyni layihədə yer alacaq.