Ancelina Coli yeni filmi “Couture”un Roma Film Festivalındakı premyerasında zərifliyi ilə diqqət çəkib.
OLAY yazır ki, hollivud ulduzu tədbirə “Alberta Ferretti” imzalı, kürəyi açıq, zərif bir libasla qatılıb.
Colinin qara rəngli və incə detallarla işlənmiş libası həm zərif, həm də iddialı tərzi ilə gecəyə damğa vurub.
Aktrisanın minimal aksessuarlarla tamamladığı görünüşü, həm moda tənqidçiləri, həm də pərəstişkarları tərəfindən böyük bəyənilə qarşılanıb.



