Xalq artisti Zülfiyyə Xanbabayeva şou-biznesdə kateqoriyalardan danışıb.

OLAY yazır ki, bu barədə o, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində açıqlama verib.

Sənətçi deyib ki, heç vaxt özümü kateqoriyalara bölməyib:

“Səhnəyə çıxdığım zamandan özümü nə kateqoriyalara, nə də rəqəmlərə bölmüşəm. Bunu özüm haqqımda deyə bilmərəm. Bunu tamaşaçı, bizi qiymətləndirən deyə bilər. Özüm özümə ad qoymamışam. Aparıcılar soruşanda ki, sizi necə təqdim edək? Deyirəm, mən utanıram. Siz məni necə görürsünüz, əziz aparıcı və dinləyici? Necə görürsünüzsə, elə də dilləndirin. Öz adımın qarşısına nəsə qoşa bilmərəm. Buna utanıram”.