Müğənni Çinarə Məlikzadə İranda etirazçıların mahnısına çevrilən “Khodahafez”i səsləndirib.

OLAY yazır ki, Çinarə bu anları instaqramda paylaşıb.

Çinarə ifası “Musiqinin dili yoxdur, duyğusu var. Sözlər bəzən aciz qalanda, qəlblər bir melodiyada anlaşır. İnsanlığı xilas edəcək ən böyük güc sevgidir. Darda olan hər bir ürək eşidilməyi, anlaşılmağı gözləyir. Bu günün dünyasında isə hər kəs könlüncə, sülh və əmin-amanlıq içində həyatını sürsün” şərhini yazıb.

Qeyd edək ki, İranda gənc qızın sözügedən mahnını küçə musiqiçiləri ilə səsləndirdiyi anlar viral olub. Həmin video 2 il öncə çəkilsə də, son hadisələr zamanı yenidən gündəmə gəlib. Dünyada izlənmə rekordları qırıb.