Müğənni Cennifer Lopesin keçmiş həyat yoldaşı Ojani Noa verdiyi müsahibədə müğənninin Şon Diddi Kombs ilə münasibəti barədə danışıb.
OLAY yazır ki, 62 yaşlı Noanın sözlərinə görə, prodüserlə Lopes arasında sevgi münasibəti olduğu barədə yayılan şayiələr səbəbindən o, müğənni ilə dəfələrlə mübahisə edib. O bildirib ki, bəzi münaqişələr hətta polis çağırılması ilə nəticələnib.
Noa iddia edir ki, Lopeslə Kombs arasındakı yaxınlıq müğənninin debüt albomu üzərində işlədiyi dövrdə başlayıb. Onun sözlərinə görə, zaman keçdikcə Cennifer getdikcə daha çox vaxtını prodüserlə keçirir, onun özü ilə isə daha az görüşürdü. Keçmiş həyat yoldaşının fikrincə, münasibətlərində dönüş nöqtəsi Lopesin Mayamidəki bir oteldə Şon Kombsun dizində oturduğunu əks etdirən fotonun yayılması olub.
Qeyd edək ki, Cennifer Lopes və Şon Diddi Kombs 1999-cu ilin sentyabrından 2001-ci ilə qədər sevgili olublar. Onlar 2000-ci illərin əvvəllərinin ən çox diqqət çəkən və ən məşhur cütlüklərindən biri hesab olunublar.