Belarus əsilli Karina Şulyak mərhum amerikalı maliyyəçi və cinsi cinayətlərə görə məhkum olunmuş Ceffri Epşteynin irsinin əhəmiyyətli bir hissəsinə malik ola bilər.
OLAY yazır ki, o, Epşteynin sərvətindən 100 milyon dollara qədər pay ala bilər.
Məlumata görə, Şulyak 2019-cu ildə Epşteyn həbsxana kamerasında ölməzdən qısa müddət əvvəl onun zəng etdiyi sonuncu şəxs olub. Bildirilir ki, maliyyəçi ölümündən bir qədər əvvəl vəsiyyətnaməsinə dəyişiklik edərək, təxminən 600 milyon dollar dəyərində qiymətləndirilən sərvətinin böyük bir hissəsini ona vəsiyyət edib. Sənədlərdə qeyd olunan əmlak arasında Şulyaka “evlilik ərəfəsində” hədiyyə edilməsi nəzərdə tutulan brilyant üzüyün də olduğu bildirilir.
Hazırda 37 yaşı olan Karina Şulyak Ceffri Epşteynlə 21 yaşında tanış olub. Həmin vaxt o, stomatoloq işləyib. Maliyyəçi ilə uzun illər münasibətdə olmasına baxmayaraq, Şulyak özünü onun qurbanı adlandırmayıb və ona qarşı heç vaxt cinayət işi açmayıb.