Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gəlir.
OLAY yazır ki, sənətçi 31 yanvar 2026-cı il tarixində Bakı Konqres Mərkəzində tək adamlıq tamaşası ilə çıxış edəcək.
Özçivitin uzun zamandır hazırlaşdığı “İstanbulun ən gözəl qızı” adlı oyunun rejissoru Çağrı Şensoy, ssenaristi Levent Tülekdir.
Tamaşa üçün biletlər iTicket.az saytında satışa çıxarılıb.