Xalq artisti Tünzalə Ağayeva tənqidi çıxış edib.

OLAY yazır ki, sənətçi “Afaqla 10lar”a açıqlamasında bəzi müğənnilərə irad bildirib:

“Əsl sənətkar gücü reklama yox, işə verməlidir. Sənətdə sən bazar fikirləşirsənsə, bunun adı sənət yox bazardır. İyrənc reytinqdir. Sənətinin arxasında 20 il varsa, seçici olmağa haqqın var. Jurnalist, tərəfdaş, veriliş, çalışdığın rejissor... Bunları seçməlisən, hamısı sənin haqqındır. Hər yerə xərclənsən, səndən nə qalar? Sənət pul yox, sənət qəbul edir. Sənətkar sənətə dəlicəsinə aşiq olandır. Ruzi gələcəksə, gələcək. Bazar olanda keyfiyyət unudulur.

Beyinləri yuyan, zövqləri korlayan reytinqdir. Biz efirə getməmişik ki, reytinqimiz olacaq. Peşəkarlar kənarda durub, “efiri bəyənmirəm” deməməlidir. Seçməlidir. Danışığını bilməyən aparıcı qarşısında dayanmaram”.