“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu xanımı - “Əli və Nino” Kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin “Liv Bona Dea” xəstəxanası ilə növbəti məhkəməsinin baş tutduğunu yazıb.

OLAY yazır ki, bu barədə o, sosial media hesablarında məlumat yayıb:

“Həyat yoldaşım Nigar Köçərli Liv Bona Dea xəstəxanasında əməliyyat olunandan sonra biz oradakı təəssüratlarımızı, gördüklərimizi və yaşadıqlarımızı sosial mediada paylaşdıq. Bu paylaşımlardan sonra isə o məhkəməyə verildi.

Əslində biz hara getsək, orayla bağlı fikirlərimizi bölüşməyi sevirik. Bu həm də gördüyümüz işin — maarifçiliyin, kitabçılığın və ictimai düşüncənin bir hissəsidir.

Liv Bona Dea isə buna dözümsüz yanaşdı və məhkəməyə müraciət etdi.

Bu gün saat 11:30-da məhkəmə olacaq. Gedəcəyik, görək necə keçir. Yəqin ki, məhkəmə ilə bağlı təəssüratlarımızı da sizinlə paylaşacağıq.

Bir daha xatırladıram ki, məhkəmə açıq keçirilir. Kimə maraqlıdırsa, buyurub iştirak edə bilər. İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz”.