Aparıcı Kazım Sübhan tamaşaçılara və sənətçilərə xəbərdarlıq edib.
OLAY yazır ki, o instaqram səhifəsində paylaşım edərək bu sözləri yazıb:
“Əziz tamaşaçılar,dəyərli insanlar. Bəzi televiziya verilişlərində və ucuz reytinqə oynayan şoularda baş verən, dırnaq arası qalmaqallara fikir verməyin. Onlar əvvəlcədən aparıcı və müğənni arasında, veriliş komandası ilə müğənnilər arasında razılaşdırılmış, sadəcə mətbuata düşmək və gündəm yaratmaq üçün qurulan oyunlardır.
Bəzi müğənnilərə də səslənirəm:
Özünüzə yazığınız gəlsin, bəzi aparıcıların və verilişlərin qurbanı olmayın. İcazə verməyin ki, sizdən istifadə etsinlər. Bəlkə də indi sizə lazım kimi görünə bilər, amma zaman gələcək bu ucuz reklamlara və şoulara görə peşman olacaqsınız. Qoymayın, sizdən belə istifadə etsinlər”.