Müğənni Əminə Şirin növbəti açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, “W-trio” qrupunun keçmiş üzvlərinin Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin yaradıcılıq gecəsində yenidən bir araya gələcəyinə münasibət bildirib.

“Əgər “W-trio”nun ilk üzvləridirsə, mən orada yox idim. Amma ümumilikdə Vaqif Gərayzadənin içi “Aypara” qrupu qarışıq bütün tələbələri varsa, onda mən bu addımlarını alqışlayıram ki, məni xəbərdar etməyiblər”, - deyə, o, söyləyib.

Qeyd edək ki, 10 apreldə Heydər Əliyev Sarayında “Bir müəllifin axşamı” adlı konsert baş tutacaq. Həmin gecə Vaqif Gərayzadənin bəstələri səslənəcək.

Vaqif Gərayzadə gecəsinə çağırılmamağından danışdı Vaqif Gərayzadə gecəsinə çağırılmamağından danışdı