Bekhemlər ailəsindəki qalmaqal beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir və yeni təfərrüatlarla zənginləşir.
OLAY yazır ki, Bekhemlər ailəsindəki qalmaqalın yeni detalları ilə “The Sun” nəşri bölüşür.
Məşhur ailənin yaxın çevrəsinə istinad edən qəzet yazır ki, Devid və Viktoriya Bekhem amerikalı aktrisa Nikola Peltz ilə evli olduğu müddətdə oğulları ilə ünsiyyəti müvəqqəti olaraq dayandırmaq qərarı veriblər.
Bildirilir ki, oğlunun qalmaqallı açıqlamasından sonra V. Bekhem ağrı və qəzəbin qarışığını yaşayır və internet memlərinin obyektinə çevrilməsindən son dərəcə narahatdır.
Bununla belə, Bekhemlərə yaxın mənbələr “The Sun”a bildiriblər ki, hər şeyə baxmayaraq, Devid və Viktoriya hələ də oğullarını sevirlər və onların evində onun üçün hər zaman yer tapılacaq.
Eyni zamanda vurğulanır ki, onlar münasibətləri bərpa etmək üçün mümkün olan hər şeyi ediblər, lakin bu, baş tutmayıb.
“Hazırda elə görünür ki, o, Nikola ilə birlikdə qaldığı müddətdə əvvəlki vəziyyətə qayıdış mümkün deyil”, – deyə britaniyalı nəşr mənbələrinə istinadən yazır.
Həmçinin bildirilir ki, Bekhemlərin valideynləri də yaranmış vəziyyəti ağır keçirir, ailədaxili münaqişəni, nəvələrinin və övladlarının əzabını izləyərkən öz acizliklərini hiss edirlər.